“Terrorsuz Türkiyə” parlament komissiyası avqustun əvvəlində fəaliyyətə başlayacaq.
“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, komissiyanın tərkibinə əsasən müxtəlif siyasi qüvvələrin parlamentdəki fraksiyalarından 51 deputat daxil olacaq. TBMM-də qrupu olmayan partiyalar müzakirələrdə bir deputatla təmsil olunacaq.
Komissiyanın yekun tərkibi iyulun 31-dək müəyyən ediləcək.
Komissiya həftədə azı 4 dəfə yığışacaq.
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək