06 avqust 2026 15:21
118

Avropa Komissiyası bütün Aİ ölkələrini Kiyevə raketlər tədarük etməyə çağırıb

Avropa Komissiyası (AK) hava hücumundan müdafiə (HHM) raket ehtiyatı olan bütün Aİ ölkələrini həmin sursatları Kiyevə təhvil verməyə çağırır.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə bəyan edib.

"Ukraynanın təcili olaraq HHM vasitələrinə ehtiyacı var. Ali nümayəndə HHM raketləri ehtiyatı olan bütün Aİ ölkələrini Ukraynaya bu resurslara çıxış verməyə artıq çağırıb", - deyə o, Ukrayna jurnalistlərinin Volodimir Zelenskinin tərəfdaşların Kiyevi kifayət qədər HHM vasitəsi ilə təmin etməməsi barədə sözlərini şərh edərkən bildirib.

Eyni brifinqdə Avropa Komissiyasının digər nümayəndəsi Balaş Uyvari bəyan edib ki, AK Kiyevə hərbi maliyyə vəsaitlərini "maksimum tez" köçürür, lakin hələlik bu vəsaitlərin hamısı yalnız Rusiyaya zərbələr vurmaq üçün hücum silahlarının alınmasına yönəldilir.