Şərqi Konqo Demokratik Respublikasının (KDR) Komanda şəhərində yerləşən kilsəyə silahlı hücum olub.
“İki sahil” xəbər verir ki, hücum nəticəsində azı 38 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Kilsəyə hücumun bazar günü səhər saatlarında İturi vilayətinin Komanda şəhərində yerləşən silahlanmış “Demokratik Müttəfiq Qüvvələr” (ADF) qrupunun üzvləri tərəfindən həyata keçirildiyi güman edilir.
Bir çox insan hələ də itkin düşmüş hesab olunur.
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək