ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya beşgünlük şəxsi səfərini davam etdirir.
“İki sahil” “Independent”ə istinadla xəbər verir ki, səfərin ikinci günü o, Turnberridə yerləşən özünə məxsus lüks golf kurortunda növbəti dəfə oyuna çıxıb.
Bu gün onun Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşəcəyi gözlənilir. Görüşdə əsas diqqət ABŞ-Avropa İttifaqı ticarət əlaqələrinə yönələcək.
Bazar ertəsi isə ABŞ Prezidenti Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqlar aparacaq. Onların gündəliyində əsas məsələ yeni Britaniya-ABŞ ticarət sazişi və ABŞ-ın Britaniya poladına tətbiq etdiyi tariflərin azaldılması olacaq.