28 iyul 2025 01:33
105

Rusiyada "WhatsApp" qadağan olunacaq?

Rusiyalı jurnalist, Dövlət Duması spikerinin keçmiş müşaviri Anastasiya Kaşevarova avqustun 1-dən Rusiyada "WhatsApp"ın bloklanacağını bildirib.

Bu barədə mk.ru məlumat yayıb.

Jurnalist qeyd edib ki, messencer müxtəlif fırıldaqçılara və Ukrayna Silahlı Qüvvələrinə kömək edir.

Eyni zamanda, Kaşevarova avqustun 1-dən Rusiyada messencerin mümkün bloklanması barədə məlumatı haradan aldığını deməyib.

Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Sergey Boyarski jurnalistin iddialarını təkzib edib. O, avqustun 1-də Rusiyada "WhatsApp" tətbiqinin dayandırılması ilə bağlı şayiələrin əsassız olduğunu bildirib.

Oxu.Az