28 iyul 2025 02:55
116

Türkiyədə yanğını söndürməyə gedən su maşını dərəyə aşıb, üç nəfər ölüb

Türkiyənin Bursa vilayətində Gürsü və Kestel rayonları arasındakı ərazidə ölümlə nəticələnən yol qəzası baş verib.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, Bolu vilayətindən meşə yanğınını söndürməyə gedən su maşını dərəyə yuvarlanıb.

Faciə nəticəsində 3 nəfər həlak olub.

Məlumata görə, su maşını naməlum səbəbdən dərəyə yuvarlanıb.

Sürücü hadisə yerində həlak olub, maşında olan digər iki nəfər ağır yaralanıb və xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq, hər ikisi sonradan vəfat edib.

Qeyd olunur ki, həlak olanlar yanğınların söndürülməsinə kömək etmək üçün bölgəyə gələn çoxsaylı könüllülərdən olublar.