28 iyul 2025 09:31
138

Planetə sürətlə yad cisim yaxınlaşır

Alimlərin fikrincə, Günəş sisteminə doğru sürətlə yaxınlaşan naməlum bir cisim, noyabr ayında Yerə hücum etməyi planlaşdıran yadplanetli kosmik gəmi ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “arXiv” elmi araşdırma platformasında məlumat yayılıb.

Məlumata görə, 3I/ATLAS adı verilən bu obyekt 1 iyul tarixində saatda 210.000 kilometrdən çox sürətlə Günəşə doğru hərəkət edərkən müşahidə olunub.

Yeni yayımlanan ilkin araşdırmada qeyd olunub ki, bu cisim “görünüşünü dəyişmiş yadplanetli aparatı” ola bilər. Alimlər bu ehtimalın hələ ilkin mərhələdə olduğunu desələr də, mümkün ssenarilərin bəşəriyyət üçün son dərəcə təhlükəli ola biləcəyini bildiriblər.