28 iyul 2025 10:56
124

Viktor Orban Avropa İttifaqının yeni büdcəsini dəstəkləməyəcəyini bildirib

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) yeni yeddiillik büdcəsini dəstəkləməyəcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki, V.Orban bu barədə özünün "X" sosial şəbəkə hesabında yazıb.

Baş nazir bildirib ki, sənəd Avropa vətəndaşlarının maraqlarına cavab vermir.

Macarıstanın baş naziri, xüsusilə Ukraynaya ayrılan vəsaitin müqabilində Avropa ölkələrinin kənd təsərrüfatı və inkişafına daha az pul ayrılmasını tənqid edib.