30 iyul 2025 15:49
211

Suriyanın xarici işlər naziri Rusiyaya səfər edəcək

Suriya Xarici İşlər Nazirliyinin rəhbəri bu həftə Rusiyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani cümə axşamı Rusiyaya səfər etmək niyyətindədir.

İyulun 17-də Rusiya Xarici İşlər Nazirliyi Suriyada vəziyyətin kəskin şəkildə gərginləşməsindən narahatlığını bildirib.