30 iyul 2025 16:46
173

ABŞ avqustun 1-nə nəzərdə tutulan tariflərin tətbiqini təxirə salmayacaq

ABŞ 14-dən çox ölkəyə qarşı avqustun 1-nə təyin edilmiş gömrük rüsumlarının tətbiqini təxirə salmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.

"Son tarix – 1 avqust dəyişməz olaraq qalır və uzadılmayacaq. ABŞ üçün vacib gündür!", - o qeyd edib.

O, həmçinin avqustdan etibarən Hindistana qarşı 25 %-lik idxal rüsumunun tətbiq ediləcəyini elan edib.