30 iyul 2025 20:29
248

Bakıda İsrail və Suriya rəsmilərinin görüşü olacaq YENİLƏNİB

Sabah Bakıda Suriya və İsrail arasında nazirlər səviyyəsində görüş baş tutacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer iştirak edəcək.

Qeyd olunur ki, danışıqlarda təhlükəsizliklə bağlı vəziyyət, o cümlədən Suriyanın cənubundakı vəziyyət müzakirə olunacaq.

***

Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.

“İki sahil” xəbər verir ki,  bu barədə AFP-yə diplomatik mənbələrdən məlumat verilib.