Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
“İki sahil” xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə Arda Turanın başçılıq etdiyi Ukrayna “Şaxtyor”u ilə üz-üzə gələcək.
Polşanın Krakov şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında ilk matçda “Şaxtyor” 4:2 hesabı ilə qalib gəlib.