31 iyul 2025 12:12
158

“Turan Tovuz” “Qarabağ”ın sabiq hücumçusunu transfer edib

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki,  klubdan verilən məlumata görə, son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış etmiş hücumçu İbrahima Vadji ilə 1+1 illik müqavilə imzalanıb.

30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.