31 iyul 2025 16:01
165

Ötən rüb SOCAR-ın emal etdiyi neft və qazın həcmi bəlli olub

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edilib.

“İki sahil” SOCAR-ın açıqladığı rüblük hesabata istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,22 faiz və 11 faiz azdır.

SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 13,5 faiz azdır.