Prezident Donald Trampın göstərişi ilə yeri dəyişdirilən ABŞ-a məxsus iki nüvə sualtı qayığı artıq nəzərdə tutulmuş əraziyə yerləşdirilib.
“İki sahil” xəbər verir ki, Tramp bu barədə Nyu-Cersidəki Bedminster şəhərindən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.
“Onlar artıq bölgədədir, lazımi mövqedə yerləşiblər”, – deyə Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl “Newsmax” telekanalına verdiyi müsahibədə Tramp həmin sualtı qayıqların Rusiyaya daha yaxın bir əraziyə yerləşdiriləcəyini bildirmiş, lakin onların dəqiq koordinatlarını açıqlamaqdan imtina etmişdi.
Donald Trampı daşıyan helikopter havaya qalxan sərnişin təyyarəsinə həddindən artıq yaxınlaşıb
Gürcüstanda enerji sisteminin tamamilə dayandırılması "Enquri" SES-in planlaşdırılan sınaqları ilə əlaqədardır
Ermənistan hakimiyyəti 2032-ci ilədək hökumət proqramının müzakirəsinə başlayıb