Litva prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Deividas Matulionis Žiņu nildirib ki, ölkəsi bu il PUA-lara qarşı imkanlar arsenalını artırmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Radijas" radiostansiyasının efirində deyib.
"Müdafiə Nazirliyi və ordu yaxın gələcəkdə lazımi texnika əldə etmək üçün mövcud resursları yenidən bölüşdürmək niyyətindədir. Bunu bu il etmək lazımdır", - deyə, o, qeyd edib.
Matulionis bunun səbəbinin hərbi sahədə prioritet olan əks-PUA sistemlərinin olmaması olduğunu vurğulayıb.
Bundan əvvəl Litva ordusunun komandanı general Raymundas Vaikşnoras bildirmişdi ki, Vilnüs Belarusla sərhəd yaxınlığında əlavə hava hücumundan müdafiə vasitələri yerləşdirəcək.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək