Kremldə Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başa çatıb.
“İki sahil” xəbər verir ki, söhbət üç saata yaxın davam edib. S.Uitkoff çərşənbə günü səhər saatlarında Moskvaya gəlib. Onu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Qeyd edək ki, bu, Uitkoffun cari ilin əvvəlindən bəri Rusiyaya 5-ci səfəridir. Bundan əvvəlki səfər aprelin 25-də baş tutub. Daha sonra o, Putin tərəfindən də qəbul edilib.
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək