09 avqust 2025 10:23
111

Qəbələdə yanğın törədən şəxs saxlanılıb

Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan “İki sahil”ə bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 1969-cu il təvəllüdlü Kazım Soltanov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb.

Kazım Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.