09 avqust 2025 14:04
138

AHİK-in dəstəyi ilə AHİİTA əməkdaşlarına təlimlər keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) əməkdaşları müasir informasiya texnologiyalarına dair ixtisaslaşdırma kursunda iştirak edib.

“İki sahil” xəbər verir ki, 07 iyul-07 avqust 2025-ci il tarixlərində Start IT Şirkəti tərəfindən təşkil olunmuş kurslarda AHİİTA-nın 12 əməkdaşı iştirak edərək, peşəkar biliklərini artırmışlar.

Təlimin əsas məqsədi əməkdaşların rəqəmsal bacarıqlarını artırmaq, idarəetmə və hesabatlıq proseslərində beynəlxalq proqram təminatlarından səmərəli istifadə imkanlarını genişləndirmək olub.

Təlimin sonunda iştirakçılar imtahan verərək, müvafiq sertifikatlara layiq görülüblər.

Qeyd edək ki, gələcəkdə də əməkdaşların peşəkar biliklərinin artırılması istiqamətində bu cür təlimlərin davamlı olaraq təşkil olunması nəzərdə tutulur.