2025-ci il avqustun 7-8-də Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etmişdir. Bu səfər, Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı olmuş və iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına zəmin yaratmışdır. Səfər çərçivəsində, Azərbaycan və ABŞ hökumətləri arasında "Strateji Tərəfdaşlıq üzrə Xartiyanın Hazırlanması üçün Strateji İşçi Qrupunun Yaradılması"na dair Anlaşma Memorandumu imzalanmışdır. Bu sənəd, enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və terrorizmlə mübarizə kimi sahələrdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur , bu əməkdaşlığın Azərbaycanın milli maraqlarının qorunması baxımından əhəmiyyətini vurğulamış və ABŞ ilə bu səviyyədə münasibətlərin qurulmasının ölkəmiz üçün tarixi bir nailiyyət olduğunu qeyd etmişdir. Səfər zamanı, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilmiş və "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması üzrə Saziş" layihəsi paraflanmışdır. Bu sənəd, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsinin bərpasını və regionda iqtisadi əməkdaşlığın inkişafını nəzərdə tutur. Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri, Azərbaycan-ABŞ münasibətlərində yeni bir strateji səhifənin açılmasına səbəb olmuşdur. İmzalanan sənədlər və əldə olunan razılaşmalar, ölkəmizin beynəlxalq arenada mövqeyinin gücləndirilməsi və regionda sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
2025-ci il Azərbaycan üçün əlamətdar bir tarix kimi yadda qalacaq. Prezident İlham Əliyevin ABŞ səfirliyində keçirdiyi görüş və verdiyi bəyanatlar, ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da güclənməsinə, ABŞ ilə strateji tərəfdaşlığımızın yeni mərhələyə keçməsinə şərait yaratdı. Bu görüş həm də Azərbaycan-ABŞ münasibətlərində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.İlham Əliyev ABŞ səfirliyindəki çıxışında, uzun illərdən bəri davam edən əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğuladı. O, bu günün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu, ölkəmizin beynəlxalq siyasətdə yeni uğurlara imza atdığını dedi. “Bu gün həqiqətən də tarixi bir gündür,” - deyən dövlət başçısı, iki ölkə arasındakı dostluq və əməkdaşlığın bundan sonra daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.
ABŞ səfirliyindəki görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, enerji və ticarət sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edildi. Prezident İlham Əliyev qeyd etdi ki, ABŞ və Azərbaycan arasında ticarət əlaqələri getdikcə inkişaf edir və bu sahədə yeni layihələr həyata keçirilir. Həmçinin, investisiya imkanlarının artırılması və birgə texnoloji təşəbbüslərin dəstəklənməsi istiqamətində addımlar atılır.Görüşün önəmli mövzularından biri də regionda sabitliyin təmin olunması idi. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-ABŞ münasibətləri təhlükəsizlik və müdafiə sahəsində də uğurlu əməkdaşlıq üçün zəmin yaradır. Sülh və qarşılıqlı anlaşma prinsipləri əsasında qurulan bu əlaqələr, regionun inkişafına və davamlı sülhün təmin olunmasına xidmət edir.
Dövlət başçısı, hər iki ölkənin maraqlarına xidmət edən layihələrin reallaşmasının davam etdiriləcəyini və strateji tərəfdaşlığın gücləndiriləcəyini vurğuladı. Bu, Azərbaycan üçün yalnız siyasi deyil, həm də iqtisadi və mədəni sahədə yeni perspektivlərin açılması deməkdir. Prezident İlham Əliyevin ABŞ səfirliyindəki görüşünü və onun Azərbaycan-ABŞ əlaqələrinə verdiyi əhəmiyyəti geniş şəkildə işıqlandırır.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı