Laçın rayonunda qətl hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Fingə kəndi ərazisində qeydə alınıb.
Belə ki, el arasında müğənni kimi tanınan Səfər Quliyev ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.
FHN: Hövsanda qeyri-çimərlik ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır