Donald Trampın ikinci prezidentlik müddətinin başlanmasından bəri təxminən 1,6 milyon qeyri-qanuni miqrant ABŞ-ni tərk edib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem açıqlama verib.
Onun sözlərinə görə, 200 gündən az bir müddətdə qeyri-qanuni miqrantların bu miqdarda ölkədən çıxması böyük göstəricidir.
Noem həmçinin vurğulayıb ki, bu proses ABŞ-da təhsil və səhiyyə müəssisələrinə düşən yükü azaldıb, vətəndaşlar üçün iş imkanlarını qoruyub saxlayıb və küçələrin daha təhlükəsiz olmasına töhfə verib.
Dövlət Departamenti Rubionun İnfantino ilə danışıqlar aparacağı barədə xəbəri təkzib edib
Avstriyada yay ərzində ikinci dəfə maksimal hava təhlükəsi səviyyəsi elan edilib