Avqustun 15-də günorta saatlarında İsveçin Örebro şəhərində məscidin yaxınlığında atışma olub, iki nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli polisin "polisen.se" portalı məlumat yayıb.
Hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat 13:45-də daxil olub. Sakinlərdən hadisə yerinə yaxınlaşmamağa çağırılıb. Polis adam öldürməyə cəhdlə bağlı araşdırmalara başlayıb.
Hadisə şahidləri SVT-yə bildiriblər ki, atışma namaz zamanı başlayıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və 7 təcili tibbi yardım briqadası işləyir.
Dövlət Departamenti Rubionun İnfantino ilə danışıqlar aparacağı barədə xəbəri təkzib edib
Avstriyada yay ərzində ikinci dəfə maksimal hava təhlükəsi səviyyəsi elan edilib
İtaliyanın keçmiş Baş nazirindən iddia: Seutadakı hadisələr qəsdən təşkil olunub