Sülh danışıqlarında bütün xalqların ümumi rifahı həmişə əsas məsələ olmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ABŞ Prezidenti Donald Tramp, Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenskinin avqustun 18-də Vaşinqtonda gözlənilən görüşünə münasibət bildirərkən deyib.
Roma Papası müharibələri bitirmək və sülhü təşviq etmək səylərinin uğurlu olması üçün dua edib.
Papa Leo, həmçinin Pakistan, Hindistan və Nepalda yüzlərlə insanın həyatına son qoyan şiddətli daşqınların qurbanlarının ruhlarına dua oxuyub.
İranlı nazir son 24 saat ərzində bu şəxslərlə ikinci dəfə telefon əlaqəsi saxlayıb
Mərakeş Seutada miqrantlara qarşı zorakılıq iddialarının araşdırılmasını tələb edib