İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Pakistan və İraq rəsmiləri ilə Yaxın Şərqdəki vəziyyəti və regional sabitliyin təmin olunması istiqamətində səyləri müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri məlumat yayıb.
Bildirilib ki, Əraqçi Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munir ilə telefon danışığı aparıb. Tərəflər Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin gücləndirilməsi ilə bağlı diplomatik təşəbbüsləri müzakirə ediblər.
Qeyd olunub ki, İranlı nazir son 24 saat ərzində bu şəxslərlə ikinci dəfə telefon əlaqəsi saxlayıb.
Əraqçi, həmçinin İraqın xarici işlər naziri Fuad Hüseynlə regiondakı hadisələr və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Mərakeş Seutada miqrantlara qarşı zorakılıq iddialarının araşdırılmasını tələb edib