Tramp-Putin sammitindən sonra atəşkəs məsələsi masadan götürülməyib.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, bu münaqişəyə son qoymağın ən yaxşı yolu isə tam sülh sazişindən keçir.
“Buna heç bir şübhə yoxdur. Məncə, bu, müharibəni bitirməyin ən yaxşı yoludur. Biz bunu müdafiə etmişik. Təəssüf ki, ruslar indiyədək bununla razılaşmayıblar. Ancaq burada hədəflədiyimiz məsələ atəşkəs deyil. Nəticə etibarilə məqsəd bu müharibəyə son qoymaqdır”, - deyə Rubio əlavə edib.
İranlı nazir son 24 saat ərzində bu şəxslərlə ikinci dəfə telefon əlaqəsi saxlayıb
Mərakeş Seutada miqrantlara qarşı zorakılıq iddialarının araşdırılmasını tələb edib