İsrail Suriyanın Süveyda vilayətinə birbaşa müdaxilə edir. Cənub bölgəsinə müdaxilə üçün əsaslar axtarılır.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib.
O bildirib ki, Suriya üçün bölünmə təhlükəsi yoxdur:
"Suriyanı bölmək istəyənlər siyasi cəhətdən cahildirlər. Onlar xəyalpərəstdirlər. Bölünmək, demək olar ki, mümkün deyil. Üstəlik, Suriya cəmiyyəti parçalana biləcək bir cəmiyyət deyil. Bəzi bölgələrdə bunu dəstəkləyən fikirlər olsa da, həmin bölgələrin əhalisi bölünməyə qarşıdır".
İranlı nazir son 24 saat ərzində bu şəxslərlə ikinci dəfə telefon əlaqəsi saxlayıb
Mərakeş Seutada miqrantlara qarşı zorakılıq iddialarının araşdırılmasını tələb edib
NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır