Rusiya ballistik raketdən istifadə etməklə Sumıda mülki infrastruktura raket zərbəsi endirib.
“İki sahil” xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleh Qrıxorov “Telegram”da məlumat verib.
İlkin məlumata görə, dağıntılar qeydə alınsa da, ölən yoxdur. Hadisənin nəticələri qiymətləndirilməkdədir.
"Təhlükə hələ də qalır. Mən Sumı bölgəsinin sakinlərini təhlükəsiz yerlərdə qalmağa çağırıram", - O.Qrıxorov yazıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
İranlı nazir son 24 saat ərzində bu şəxslərlə ikinci dəfə telefon əlaqəsi saxlayıb
Mərakeş Seutada miqrantlara qarşı zorakılıq iddialarının araşdırılmasını tələb edib
NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır