18 avqust 2025 10:16
164

Gəncədə qəzaya düşən qadın xəstəxanada ölüb

Gəncədə avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Hadisə avqustun 13-də baş verib.

Belə ki, avqustun 13-də 1998-ci il təvəllüdlü H.Məmmədov "Mercedes" markalı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olan zaman, piyada 1962-ci il təvəllüdlü M.Quliyevanı vurub.

Sonuncu kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Yaralı avqustun 17-də Abbas Səhhət adına şəhər xəstəxanasında ölüb.

Trend