02 noyabr 2016 15:29
183

Oktyabr ayında həyata keçirilmiş qazma işləri

2016-cı ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7074 metr qazma işi həyata keçirilmişdir.

Bu sahədə görülmüş işlərin 6469 metri istismara, 605 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93657 metr qazma işi görülmüşdür ki, bunun da 90987 metri istismara, 2670 metri isə kəşfiyyata aid olmuşdur. 

Bundan əlavə, oktyabr ayı ərzində qazmadan alınmış 6, ilin əvvəlindən isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.