Bu gün saat 12:30-dan etibarən Bakının Yasamal rayonunun bir hissəsində qaz kəsilib.
Bu barədə "İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu rayonun A.Şaiq küçəsində söküntü işləri ilə əlaqədar qaz xətlərinin yerinin dəyişməsi məqsədilə Z.Adıgözəlov, M.Muxtarov, Zərgərpalan, Ə.Hüseynzadə, A.Şaiq küçələrinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Bakı Ali Neft Məktəbində ilk dəfə SABAH proqramı üzrə doktoranturaya sənəd qəbulu başlayıb
SOCAR-ın prezidenti “INPEX” şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti ilə görüşüb