02 noyabr 2016 17:53
287

Liviya və Nigeriya oktyabrda neft hasilatını artırıb

OPEC təşkilatı üzvü olan Liviya və Nigeriya oktyabr ayında neft hasilatını gündəlik 800 min barel artırıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrda Liviyanın neft hasilatı 466 min barel/günə çataraq son iki ilin maksimal həddənə yüksəlib. Nigeriyada isə neft hasilatı 2,1 mln. barel/günə çatıb.

İsveçrənin "UBS" bankının analitiki Covanni Staunovo (Giovanni Staunovo) bildirib ki, Liviya və Nigeriyanın hasilatı artırması OPEC-in neft bazarının sabitləşdirilməsi planlarına nail olmasını çətinləşdirir: "Kartel hasilatın azaldılmasından danışsa da, biz ancaq onun artdığını müşahidə edirik".