Türkiyənin Malatya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hadisə Malatya-Kayseri magistral yolunun Akçadağ rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Hadisənin təfərrüatı və yaralıların vəziyyəti barədə məlumat paylaşılmayıb.
Dövlət Departamenti Rubionun İnfantino ilə danışıqlar aparacağı barədə xəbəri təkzib edib
Avstriyada yay ərzində ikinci dəfə maksimal hava təhlükəsi səviyyəsi elan edilib