SOCAR və Misirin Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdır
Noyabrın 2-də Misirə rəsmi səfər çərcivəsində SOCAR prezidenti Rövnəq Abdullayev bu ölkənin Neft və Mineral Ehtiyyatlar naziri Tarık əl Molla ilə göruşmüşdür.
Görüşdə tərəflər SOCAR ilə EGPC (Misirin Dövlət Neft Şirkəti) arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparmışlar.
Görüşün sonunda SOCAR prezidenti Rövnəq Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidy arasında Anlaşma Memorandumu imzalanmışdır.