28 avqust 2025 14:50
456

Kir Starmer bir il ərzində üçüncü yüksəkvəzifəli köməkçisini dəyişir

Böyük Britaniyanın Baş naziri Kir Starmer bir il ərzində üçüncü dəfə Baş nazirlik ofisindəki yüksəkvəzifəli əməkdaşını dəyişir.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, “Downing Street”in rəhbər heyətinə başçılıq edən Baş nazirin şəxsi katibi Nin Pandit cəmi on ay əvvəl bu vəzifəyə təyin edilmişdi. O, daha əvvəl vəzifədən ayrılan Baş nazirin kabinet rəhbəri Syu Qrey və kommunikasiya direktoru Metyu Doyldan sonra vəzifədən kənarlaşdırılan üçüncü yüksəksəviyyəli əməkdaşdır.

BBC-nin məlumatına görə, Baş nazir Nin Panditin fəaliyyətini səmərəsiz hesab edib. Lakin “Downing Street” bu fikirlərlə razılaşmır və K.Starmerin ona etimadının davam etdiyini bildirir. Pandit bundan sonra Baş nazirlik ofisində siyasətin icrası ilə bağlı yeni vəzifəyə təyin olunacaq.