Avqustun 26-da Səudiyyə Ərəbistanının nüfuzlu «Əl-Ərəbiyyə» telekanalına müsahibə verən Azərbaycan Prezident cənab İlham Əliyev çox ciddi məsələlərə toxunaraq, bir daha ölkəmizin regional və beynəlxalq siyasətdəki aparıcı mövqeyini dünyaya nümayiş etdirdi. Müsahibədəki fikirləri regionun gələcəyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və Azərbaycanın strateji əhəmiyyətinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu gün dünyada ölkələrarası müharibələrin qızışdığı bir vaxtda bütün bu proseslərin dəqiq və düzgün analiz edilib yönləndirilməsində strateji baxışlara sahib olmaq bir siyasi liderin əsas xarakterik xüsusiyyətidir. Bu mənada, Müzəffər Ali Baş Komandanımızın verdiyi müsahibədə onun qətiyyətli dövlət xadimi, verdiyi vədlərə sadiq qalan liderliyi lap aydın görünür. Məlumdur ki, Azərbaycanın bütün uğurlarının mərkəzində Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, liderlik bacarığı və hadisələrə dərin yanaşması dayanır. Liderlik yalnız qərar vermək deyil, həm də mürəkkəb beynəlxalq münasibətlər sistemində düzgün mövqe sərgiləməkdir.
Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla avqustun 8-də Vaşinqtonda baş tutan görüşü və orada imzalana sənədi Cənubi Qafqazda müharibə mərhələsinin başa çatması kimi dəyərləndirib: «Azərbaycan öz gücü, iradəsi və milli birliyi sayəsində beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edib. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzunmüddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım olacaq.»
Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq qeyd etdi ki, «Vaşinqtonda imzalanan sənədlər bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil». Həmin razılaşmanın Ermənistan tərəfindən pozulması isə bütün dünyaya qarşı çıxmaq deməkdir. Bu da Ermənistanın özü üçün ciddi problem yarada bilər. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə ölkəmizin xeyrinədir. Prezidentimizin bəyan etdiyi kimi, əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik.»
Dövlət başçımızın müsahibədə dediyi «Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermınistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostalrımız da dəstəklədililər. Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir”.»
Təbii ki, Prezident İlham Əliyevin müsahibədəki bu bu dəyərli fikirləri istər Ermənistana, istərsə də dünya dövlətlərinə olduqca ciddi mesajdır. Bu mesajın açıqlaması isə belədir ki, Azərbaycan dövlətinin mill maraqlarına kimsə toxuna bilməz və belə bir fiikrə düşənlər isə cavablarını artıqlaması ilə alacaqlar.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri