03 noyabr 2016 20:39
207

“Brent”in qiyməti 45 dollaradək ucuzlaşıb

“Brent” markalı neftin bir barrelinin qiyməti 45 dollaradək ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 45,81 dollara satılır. “Layt” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45,78 dollara alıcı axtarır.

Analitiklər neftin qiymətinin sürətli ucuzlaşmasına səbəb kimi ABŞ-da neft ehtiyatlarının həcminin artmasını, eləcə də ötən ay OPEC və Rusiyanın rekord səviyyədə istehsal reallaşdırmasını göstərirlər.