Fransada "Təslim olmayan Fransa" partiyası hökumətə etimad səsverməsindən sonrakı gün prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının lideri Matilda Pano "X" sosial şəbəkəsində bildirib.
"8 sentyabrda biz Bayrunun getməsinə məcbur edəcəyik. 9 sentyabrda isə respublika prezidentinin vəzifədən kənarlaşdırılması təklifini irəli sürəcəyik", - o qeyd edib.
Siyasətçi xatırladıb ki, Makron 2024-cü il parlament seçkilərində sol qüvvələrin qələbəsinə baxmayaraq, sol qüvvələrin namizədini baş nazir təyin etməkdən imtina edib. Onun sözlərinə görə, bu, Beşinci Respublika tarixində ilk dəfə baş verib.
Ukrayna xarici işlər naziri Kiyevə hücumdan sonra müttəfiqlərə təcili müraciət ünvanlayıb
Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirir