“Cobalt” beynəlxalq enerji şirkətinin 42 milyon dollar vəsait ayırdığı “Goodfellow” quyusunda karbohidrogen ehtiyatı aşkar olunmayıb.
“Cobalt” və müəssisə şəriki “Total”a məxsus “Goodfellow” kəşfiyyat quyusu”Rowan Reliance” qazma gəmisi vasitəsilə qazılıb.
“İki sahil” upstreamonline.com saytına istinadən xəbər verir ki, quyudan əldə etdiyi uğursuz nəticəyə baxmayaraq, “Cobalt” sentyabrda qazdığı “North Platte-4” qiymətləndirmə quyusunda yenidən qazma işlərinə başlayıb və quyudan əldə etdiyi nəticələri gələn ilin birinci rübündə açıqlamağı proqnozlaşdırır. Bununla yanaşı, “Cobalt” 2017-ci ildə “Rowan Reliance” qazma qurğusundan istifadə etməklə yeni quyu qazacaq.
Buna görə də, “Rowan Reliance” qazma qurğusunun məxsus olduğu “Rowan” şirkəti ilə “Cobalt” arasında tezliklə müqavilə imzalanacağı gözlənilir.