13 sentyabr 2025 12:32
126

Qızılağacda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən tam söndürülüb.

İki sahil” nazirliyə istinadla xəbər verir ki, yanğın nəticəsində 10 ha sahədə qamışlıq, quru ot, kol-kos və qismən ağaclar yanıb.

Milli Parkın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı, Milli Parkın əməkdaşları da iştirak edib.

***
Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istqamətində tədbirlər davam etdirilir.