“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyularının sayı artmaqdadır
ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 12 ədəd artaraq 569-a çatıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 9 ədəd artaraq 450, qaz quyularının sayı 3 ədəd artaraq 117, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub.
Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 122 ədəd, qaz quyularının sayı 82, ümumilikdə isə neft-qaz quyularının sayı 202 ədəd azalıb.