ABŞ Polşaya iri həcmdə tank əleyhinə “Javelin” raket kompleksləri və onlar üçün raketlər tədarük edəcək.
“İki sahil” xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə özünün sosial media hesabında yazıb. “ABŞ Dövlət Departamenti Polşaya 253 ədəd “Javelin” kompleksi, 2 min 506 raket, eləcə də zəruri təlim və ehtiyat hissələrinin satışını təsdiqləyib”, – deyə nazir bildirib.
Burada FGM-148F tipli raketlərdən söhbət gedir. Həmin raketlər müxtəlif növ zirehli texnikaları, o cümlədən dinamik müdafiə sistemləri ilə təchiz olunmuş hədəfləri məhv etmək qabiliyyətinə malikdir.