Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə görüşüb.
“İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı Xəlil əl-Hayya Qəzza zolağı və İordan çayının Qərb sahilindəki mövcud vəziyyəti diqqətə çatdırıb.
HƏMAS-ın sülh danışıqlarında konstruktiv mövqeyini davam etdirdiyini bildirən əl-Hayya, eyni zamanda, fələstinlilər arasındakı barışıq prosesi barədə də məlumatları bölüşüb.
H. Fidan bildirib ki, Türkiyə Qəzzadakı sülh prosesinə dəstəyini əsirgəməyəcək.
Görüş çərçivəsində digər regional əhəmiyyət kəsb edən məsələlər də müzakirə obyektinə çevrilib.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb