19 sentyabr 2025 10:25
310

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü

Azərbaycan Respublikasında Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü artıq ikinci ildir ki, qeyd olunur. Bu günün qeyd edilməsi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin, suverenliyimizin bərpa olunmasının və tarixi ədalətin zəfərlə nəticələnməsinin bariz nümunəsidir.Uzun illər işğal altında qalan bu şəhərlərin azad olunması Azərbaycan dövlətinin gücünü, xalqımızın milli həmrəyliyini və Ordumuzun şücaətini nümayiş etdirmişdir. Bu günün rəsmi qaydada qeyd olunması həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü ölkəmizin siyasi, sosial və mədəni həyatında mühüm əhəmiyyət kəsb edir. Bu günün qeyd olunması azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə həyata keçirildiyini, Böyük Qayıdış prosesinin ardıcıl və məqsədyönlü şəkildə reallaşdırıldığını göstərir.Azərbaycan dövləti bu şəhərlərin inkişafı, sosial rifahının təmin olunması və gələcək nəsillər üçün müasir və firavan yaşayış məkanına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu, həm də xalqımızın gələcəyə inamının, dövlətimizin isə güclü iradəsinin təcəssümüdür.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü Azərbaycan Respublikasının tarixində mühüm mərhələ kimi yadda qalacaq, xalqımızın milli birliyinin və dövlətçiliyimizin möhkəmlənməsinin simvolu olaraq daim qeyd olunacaqdır.

Könül Dərziyeva,
YAP Xətai rayon təşkilatının "S.Ə.Şirvani 122" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü