Bayelsa əyalətində yerləşən Ekole körfəzinin sakinlərinin verdiyi məlumata görə, “Agip Oil Company (NAOC)” şirkətinin operatoru olduğu yataqda neft sızması baş verib. Sızmanın su səthinin 5 sm dərinliyinə qədər yayıldığı, əkin və suvarma sahəsini məhv etdiyi bildirilir.
“İki sahil” businessdayonline.com saytına istinadən xəbər verir ki, Otuokpoti əyalətinin sakini Secilia Osain sızma nəticəsində çayın çirklənməsinin balıqçılığa da mənfi təsir göstərdiyini bildirib. Sızma nəticəsində çoxlu sayda balıq və xərçəng növləri məhv olub. Əyalətin sakinləri hökumətə yazdıqları məktubda yaşayışlarının çətinləşdiyini, içməli suyun olmadığını , çayda çimməyin mümkün olmadığını, balıq və digər suda yaşayan canlıların məhv olduğunu bildiriblər. Qonşu əyalətlər Baleysa hökumətinə yardım etməyi öz üzərinə götürüblər.
Qeyd edək ki, şirkət sızmanı boru xəttində yaranan problemlə əlaqələndirir.