44 günlük Vətən müharibəsindən sonra veilmiş Üçtərəfli Bəyanatda Ermənistan öz qoşunlarını və texnikasını Azərbaycan ərazisindən tam çıxarmaq haqqında öhdəlik götürsə də,3 il ərzində buna əməl etmədi. Azərbaycan davamlı sülh məqsədi ilə Ermənistana dəfələrlə çağırış etdi, lakin qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırdı.
Qeyri- qanuni erməni silahlı qüvvələri suveren ərazimizdə dəfələrlə silahlı təxribatlar törətdilər.
2021- ci ilin noyabrında, 2022- ci ilin sentyabrında sərhəddə qanlı toqquşmalar , 2023- cü ilin mart ayında Şuşa istiqamətində ermənilərin terror əməliyyatları baş verdi.
2023- cü ilin 19 sentyabrında Azərbaycan cəmi 23 saat 45 dəqiqə ərzində hərb tariximizə qızıl hərflərlə yazılan antiterror əməliyyatı həyata keçirdi. Uzun illər ərzində düşmənin qurduğu istehkamlara, ağır relyef şəraitinə baxmayaraq qəhrəman hərbçilərimizin peşəkarlığı sayəsində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.
Beləliklə, əzəli Azərbaycan torpaqlarında erməni separatizminə son qoyuldu, tam atəşkəs haqqında razılıq əldə edildi.
2023 –cü il sentyabr ayının 20-də saat 13.00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı . Separatçıların əsas rəhbərləri həbs olundu.
Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi.
Ənvər Bayramov,
YAP Xətai rayon təşkilatının məsləhətçisi