08 noyabr 2016 17:21
274

On ayda “Azəriqaz” 182 yaşayış məntəqəsinə təbii qaz verib

“Azəriqaz” İB tərəfindən 182 yaşayış məntəqəsinə təbii qaz verilmişdir

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə təxirəsalınmaz işlər davam etdirilir.SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-oktyabr aylarında 7505,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 239,5 kilometr uzunluğunda borularda əsaslı təmir işləri aparılmışdır.

Görülən tikinti-quraşdırma işləri nəticəsində 182 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir.