Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“İki sahil” Komitəyə istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt- Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Nazirlik: Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət nəzarət altındadır
“Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib