02 oktyabr 2025 11:15
118

Azərbaycanın sabit gələcəyi: Konstitusiya və Suverenlik

Azərbaycan dövlətçiliyinin prinsipləri iki təməl dayağa söykənir: Konstitusiya və Suverenlik. Konstitusiya xalqın iradəsini qanuna çevirərək vətəndaşın hüquq və azadlıqlarını qoruyur. Suverenlik isə bu hüquqi bünövrəyə güc və sabitlik verərək dövlətin müstəqil qərar qəbul etmək imkanını təmin edir.

Azərbaycan xalqı tarix boyu müstəqillik uğrunda mübarizə aparıb. Xalqımızın bu mübarizələri bizim bugünkü suverenliyimizin əsas zəmanətidir.

“Konstitusiya və Suverenlik İli”nin elan olunması heç də təsadüfi deyil. Bu, bir tərəfdən tariximizə dərin hörmətin ifadəsi, digər tərəfdən isə gələcəyə inamlı addımlarımızın göstəricisidir. Tarixi mübarizələrlə qazanılmış müstəqilliyin qorunması yalnız dövlətin deyil, həm də hər bir vətəndaşın borcudur.

Suverenlik yalnız dövlətin deyil, hər bir vətəndaşın hüquq və vəzifələrinin qorunması ilə mümkündür. Bizim hər birimizin vətənpərvərliyi Azərbaycanın gələcəyini möhkəmləndirir.

Konstitusiya və suverenlik bir-birini tamamlayır: biri hüquqi əsasdır, digəri milli iradənin ifadəsi. Bu vəhdət Azərbaycanın sabitliyini, gücünü və beynəlxalq nüfuzunu möhkəmləndirir.

Hər birimizin bugünkü qərarlarımız və seçimlərimiz, milli dəyərlərimizə sahib çıxmağımız Azərbaycanın sabit və güclü gələcəyini təmin edəcək.

Bu il bizə xatırladır ki, azadlıq və dövlətçilik yalnız əldə olunmur, həm də daim qorunur və gələcək nəsillərə ötürülür. Azərbaycanın sabit gələcəyi bu iki dəyərin möhkəm vəhdəti üzərində qurulub.

Bakı Şəhər Statistika İdarəsi