Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.
Bu barədə "İki sahil"ə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən iki ədəd F-1 əl qumbaraları aşkarlanıb.
Aşkar edilən tələ qurğunu ANAMA əməkdaşları zərərsizləşdirərək, ərazinin təhlükəsizliyi təmin ediblər.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib